İqtisadi böhrana görə qəzəbin artdığı Şri-Lankada prezident Qotabaya Rajapaksa ölkədən qaçdıqdan sonra müvəqqəti olaraq bu vəzifəni icra edən baş nazir Ranil Vikremesinqhe yenidən fövqəladə vəziyyət elan edib.
Medianews.az xəbər verir ki, Vikremesinghe, bu həftə yeni dövlət başçısının seçilməsi üçün parlamentdə kritik səsvermədən əvvəl dünən axşam fövqəladə vəziyyət elan edib.
Hökumətin verdiyi açıqlamada “qərarın ictimai asayişin və təhlükəsizliyin qorunması məqsədilə qəbul edildiyi” bildirilib.
Məlumatda bildirilir ki, orduya ölkədə nümayişçiləri həbs etmək səlahiyyəti də verilib.
Bildirilir ki, bu həftə prezident seçkiləri ilə əlaqədar ölkədə gərginliyin yenidən artacağı gözlənilir.
Leyla, Medianews.az