Dünyanın bir çox ölkəsində insanlar koronovirusa qarşı peyvənd oluna bilməsə də, Almaniya 2021-ci ilin dekabrından 2022-ci ilin iyununa qədər sifariş edilən 134 milyon 300 min peyvəndin 3,9 milyondan çoxunu atıb.
Medianews.az xəbər verir ki, xarici media bildirir ki, əldə hələ də yüz milyonlarla peyvənd var və zaman keçdikcə onların da müddəti başa çatır.
Beynəlxalq Peyvənd Alyansı (GAVI) artıq peyvənd ianələrini qəbul etmir, əksər avropalılar isə peyvənd olunub və qalan milyonlarla peyvəndin nə olacağı məlum deyil. Bu səbəblə bir dozası təxminən 15 dollara başa gələn müddəti bitmiş peyvəndlər atılacaq. Bu o deməkdir ki, hesabsız iş ucbatından millətin pulu havaya sovrulur.
Səhiyyə naziri Karl Lauterbax da “Son istifadə müddəti bitən peyvəndlər dağ kimi yığılır. Sayı günü-gündən artır”, – deyə o, bu məsələdən şikayətlənib.
Almaniyanın vaksinlərə çatmaq imkanı olmayan Afrika ölkələrinə qalan peyvəndləri göndərməməsinin səbəbi məlum deyil.
Digər tərəfdən Almaniyada koronaya yoluxanların sayı 1 milyon 300 minə çatıb. BA.5 virusu dominant olsa da, peyvənd şirkətləri də ona qarşı hazırlıq görür.
Onu da əlavə edək ki, bu payızda bir çox Avropa ölkələrində, xüsusən də Almaniyada maskaların “ictimai sferada” geri dönəcəyi gözlənilir.
Leyla, Medianews.az