“ABŞ prezidenti C. Baydenin Yaxın Şərq turnesi Ağ Evin regiona baxışının yenidən formalaşmasına hesablanıb”.
Medianews.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, xüsusilə İsrail-Ərəb ölkələri arasında “İbrahim sazişinin” reallaşması istiqamətində Vaşinqtonun dəstəyi xüsusi əhəmiyyət kəsb edir.
“Çünki Vaşinqton regionda İsrail-Ərəb ölkələri ilə sülhə nail olduqdan sonra İran, Rusiya və Çinin siyasətinin qarşısını almağı hədəfləyir.
C. Baydenin İsrailə səfəri koalisiya hökumətinin yenidən seçkilərdə qələbə çalması üçün Vaşinqtonun dəstəyini nümayiş etdirməklə yanaşı, İranla bağlı məsələdə Vaşinqtonun mövqeyinin bölüşməsini razılaşdırmaqdan ibarətdir.
ABŞ prezidenti Fələstinə səfər edərək, Mahmud Abbasla da görüşdü. Bu səfər İsrail-Fələstin arasında sülh müqaviləsinin bağlanması və digər münasibətlərin qurulmasina gətirməyəcək. C. Baydenin bu səfəri regionda Səudiyyə və körfəz ölkələri ilə yeni dünya nizamında ABŞ yanında tutmaqdan ibarətdir.
ABŞ Yaxın Şərqdə yeni bir siyasi mərhələ başladır və burada yeni bir siyasi-hərbi ittifaq qurulacaq. Bu ittifaq İran, Rusiya və Çinə qarşı yönləndiriləcək. Yaxın Şərq siyasətində Ağ Ev ciddi yanılışlıqlar edib və boşluqlar yaranıb. Bu səfərlə bu boşluqlar doldurulmayacaq. Ardıcıl və stabil siyasətin həyata keçirilməsi lazım olacaq.
Bu səfərdən çıxan nəticə ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında hava nəqliyyatı bərpa edilir. Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 13 milyon barelə qaldırdı. Həmçinin Ərəb ölkələri ilə İsrail arasında düşmənçilik diplomatik münasibətlərin qurulması ilə nəticələnəck. Göründüyü kimi Yaxın Şərqdə İsrail-ABŞ və Ərəb ölkələrindən ibarət yeni bir format yaranır”.
Siyasi şərhçinin sözlərinə görə, proseslər regionda Türkiyənin maraqlarına cavab vermir.
“ABŞ və Ərəb ölkələrinin müəyyən illərdə birliyi Ankaranın regionda siyasətinə qarşı olub. Buna baxmayaraq Türkiyə və İsrail Yaxın Şərqdə birgə kordinasiyali fəaliyyət göstərəcəklər.
ABŞ İsrail əlaqələri, həmçinin Ərəb ölkələri ilə ikitərəfli münasibətlərin qurulması Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan İsraildə səfirlik açmaqla Ərəb ölkələrindən hərhansı bir ciddi etirazla qarşılanmayacaq”.
Leyla