Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan “Ərəb NATO-su” deyə bir şeyin olmadığını, Ciddə sammitində İsraillə İrana qarşı müdafiə ittifaqı qurmaq məsələsinin gündəmdə olmadığını bildirib.
Medianews.az xarici mətbuata istinadən xəbər verir ki, Bin Ferhan Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri, Misir, İordaniya və İraqın, həmçinin ABŞ prezidenti Co Baydenin iştirakı ilə keçirilən Ciddə Təhlükəsizlik və İnkişaf Sammitindən sonra mətbuat konfransı keçirib.
Səudiyyə Ərəbistanında yerləşən Əl-İhbariyye kanalında yayımlanan açıqlamaya görə, Bin Ferhan sammitdə İsraillə hərbi və ya texniki əməkdaşlıq məsələsinin gündəmdə olmadığını bildirib:
“Ərəb NATO-su deyilən bir şey yoxdur və sammitdə belə bir şey müzakirə edilmədi. Körfəz ölkələri ilə İsrail arasında anti-İran müdafiə ittifaqının yaradılması məsələsi müzakirə edildi”.
Bin Ferhan Səudiyyə Ərəbistanının hava məkanını İsrailə açması ilə bağlı “Bu, İsraillə diplomatik əlaqələrin qurulduğu və ya başqa bir addımın atıldığı anlamına gəlmir” – deyərək əlavə edib.