Rusiya Zmeyni (İlanlar) adasını yenidən bombalamağa başlayıb.
Bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.
“Bu, orada qarnizonun yerləşdirilib-yerləşdirilmədiyini öyrənmək üçün bir kəşfiyyat cəhdi idi. Lakin onlar özlərinin qoyub getdikləri texnikanı vurur”, – Qumenyuk bildirib.