İyulun əvvəlində istefa verdiyini elan edən Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynanın fəal dəstəyinə baxmayaraq, vəzifəsini saxlaya bilmədi.
Bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə əlaqələr komissiyasının sədri Aleksey Puşkov deyib.
O bildirib ki, siyasətçinin gedişi əsasən anti-Rusiya sanksiyaları səbəbindən Qərbin özünün başlatdığı kəskin böhranla bağlıdır.
“Consonun istefası həm də Qərbin Rusiyaya qarşı sanksiya müharibəsi ilə başına gətirdiyi kəskin böhranla bağlıdır. Conson həm onun fəal dəstəkçisi, həm də Ukraynanın qatı müttəfiqi idi”, – Puşkov deyib.