Meksikanın ən təhlükəli narkotik karteli kimi tanınan “Jalisco New Cartel”-in rəqibləri olduğu iddia edilən 3 nəfəri edam etdikləri anların görüntüləri yayılıb.
Medianews.az xəbər verir ki, kartel üzvlərinin edamı İŞİD-ə bənzər üsullarla müqayisə edilib.
Sözügedən görüntülər qısa zamanda dünya mətbuatında ən çox müzakirə olunan mövzuya çevrilib.
Narkotik kartellərinin qarşıdurmalarının hər ay onlarla insanın ölümünə səbəb olduğu Meksikada bu cür ölümlər artıq adi hala çevrilibş. Ölkədə baş verən son hadisə də bütün dünyada böyük əks-səda doğurub.
Videodakı kartel üzvləri döydükləri 3 nəfəri daha sonra edam edirlər. Videodakı görünən şəxslərin rəqib kartelə mesaj da göndərdiyi bildirilir.
QEYD: Ürəyi zəif olan insanların bu görüntüləri izləməsinlər!