İsrailin baş naziri Yair Lapidlə görüşən ABŞ prezidenti Co Bayden İranın nüvə silahı əldə etmək cəhdlərinə qarşı birgə bəyannamə imzalayıb.
Medianews.az xəbər verir ki, Bayden birgə mətbuat konfransında İranın nüvə gücünə çevrilməsinə heç vaxt icazə verməyəcəklərini bildirib.
Birgə mətbuat konfransında danışan Lapid Baydenə deyib ki, İranın nüvə fəaliyyətlərinə qarşı diplomatiya işləməyəcəklər: “Onlar dünyada yeganə yəhudi dövlətini məhv etmək istəyirlər. Biz buna heç vaxt icazə verməyəcəyik. Sözlərlə onları dayandırmaq mümkün olmur. Cənab Bayden, diplomatiya da onları dayandıra bilməz. İranı dayandıracaq yeganə şey, nüvə proqramını inkişaf etdirməyə davam edərsə, dünyanın onlara qarçl güc tətbiq etməsidir. Onları dayandırmağın tək yolu masaya etibarlı hərbi birlik qoymaqdır. İran rejimi dünyanı aldatmağa davam edərsə, bunun bədəlini ağır ödəyəcək”.
Daha sonra Bayden Rusiyanın Ukraynaya qarşı müharibəsinə işarə edərək, Rusiya prezidenti Vladimir Putini tənqid edib: “Putinin Ukraynaya hücumu bütün dünyada sülh və sabitliyə meydan oxumaqdır. Putinin müharibəsi strateji uğursuzluq olmalıdır və azad dünya Ukraynaya demokratiyaya nail olmaqda kömək etməlidir. ABŞ Ukrayna və ukraynalıları dəstəkləməyə davam edəcək”.
Medianews.az