Türkiyədə son aylarda skuter qəzaları bir-birinin ardınca baş verməkdə davam edir.
Medianews.az xəbər verir ki, bu dəfə Adanada elektrikli skuter sürən 23 yaşlı tibb bacısı ağır yaralanıb.
Belə ki, Adananın Seyhan rayonunda sürətlə qarşı tərəfdən gələn avtomobil özəl xəstəxanada tibb bacısı işləyən 23 yaşlı Hatice Şeneri vurub. Hadisə nəticəsində gənc qız ağır yaralanıb, sürücü isə qaçıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə gələn təcili yardım gənc qızı Seyhan Dövlət Xəstəxanasına aparıb. Xəstəxanada müalicə alan gənc tibb bacısı daha sonra evə buraxılıb. Sürücü isə daha sonra polis idarəsinə gedərək təslim olub. İbrahim E. ifadəsindən sonra sərbəst buraxılıb.
Evdə müalicəsi davam etdirilən gənc qızın bədənində çoxlu sınıq və çatların olduğu, səhhətinin ağır olduğu öyrənilib. Hatice Şenerin atası Mehmet Akif hadisəni törədən şəxsin sürücülük vəsiqəsinin olmadığını iddia
edib.
Medianews.az