Rusiya Xarici İşlər Nazirliyi Rusiya, Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında taxılla bağlı danışıqların davam edəcəyini açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə “İnterfaks” xəbər agentliyi məlumat yayıb.
Ukrayna, Rusiya və Türkiyənin hərbi nümayəndə heyətləri dünən İstanbulda BMT rəsmiləri ilə görüşərək Ukraynanın Qara dəniz limanlarından taxıl ixracının bərpasına imkan verəcək mümkün razılaşmanı müzakirə ediblər.
Milli Müdafiə naziri Hulusi Akar dünən verdiyi yazılı açıqlamada görüşün “müsbət və konstruktiv atmosferdə” keçdiyini ifadə edərək, “Ukrayna və Rusiya nümayəndə heyətlərinin gələn həftə Türkiyədə yenidən görüşü ilə bağlı konsensus əldə edildi. Gələn həftə keçirəcəyimiz bu görüşdə bütün detallar bir daha nəzərdən keçiriləcək və gördüyümüz işlərə imza atılacaq”,-deyə bildirib.
Leyla, Medianews.az