Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın evindən oğurluq edilib.
Medianews.az xəbər verir ki, bu haqda Canana sosial şəbəkədə bildirib.
O, təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənən oğurluq hadisəsini və oğrunun yaxından çəkilmiş görüntülərini instaqram hesabında yayımlayıb. Canana izləyicilərindən həmin şəxsin tutulması üçün kömək istəyib:
“Bu oğrunu hamı tanısın. Vicdansız! İnşallah tutular. Evi bu gün köməkçim təhvil verməli idi, evə daxil olduqda görür ki, televizor yoxdur. Oğru açarı dükandan götürüb evə girib”.