Kanada Səhiyyə Nazirliyi 6 aydan yuxarı və 5 yaşdan kiçik uşaqlar üçün Covid-19 peyvəndinin istifadəsinə icazə verdiyini açıqlayıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Kanada Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada, Moderna şirkətinin böyüklər üçün istehsal etdiyi peyvəndin bu yaş qrupundakı körpələrə dörddə bir nisbətində tətbiq ediləcəyi açıqlandı.
Beləliklə, Moderna Kanadada peyvəndi “6 aydan yuxarı və 5 yaşdan kiçik uşaqlar” üçün təsdiqlənmiş ilk şirkət oldu.
Bu arada, Kanada Xalq Sağlamlığı Agentliyinin sosial media postunda, “Dəlillərin hərtərəfli və müstəqil elmi araşdırmasından sonra peyvəndin 6 aylıqdan 5 yaşa qədər olan uşaqlarda COVID-19-un qarşısının alınmasında təhlükəsiz və effektiv olduğunu müəyyən edilib.
Uşaqlara harada və nə vaxt veriləcəyini isə dövlətlər müəyyənləşdirəcək. Nazirliyin təsdiqi COVID-19 peyvəndinin ölkə daxilində təxminən iki milyon uşağa uyğunluğunu genişləndirir. Nazirlik peyvəndin uşaqlara harada və nə vaxt veriləcəyini ştatlar tərəfindən müəyyən ediləcəyini açıqlayıb. Elmi araşdırmada heç bir təhlükəsizlik probleminin aşkar edilmədiyi bildirilən nazirliyin açıqlamasında, ən çox görülən reaksiyaların peyvənd yerində ağrı, yuxululuq və iştahsızlıq kimi digər uşaq peyvəndlərində aşkar edilən simptomlar olduğu qeyd edilib. ABŞ-da 267 min uşaq peyvənd olunub Birləşmiş Ştatlar, həmçinin keçən ay Moderna və Pfizer-dən pediatrik COVID-19 peyvəndini təsdiqlədi. İyulun 8-nə ABŞ-da bu yaş qrupunda olan 267 min uşaq peyvənd olunub.
Medianews.az