“Son dönəmlər yaşanan intihar hadisələri bizləri narahat edir. Yerli icra orqanları və digər orqanların əməkdaşlarının davranışını İcra başçılarının müxtəlif nazirliklərdə, komitələrdə, dövlət qurumlarında qazilərə münasibətini görürdük. Həyəcan tədbirini çalıb deyirdik ki, belə olmaz, yanaşma dəyişməlidir”.
Bu sözləri Medianews.az-a Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlu bildirib. O qeyd edib ki, fərari adamdan icra hakimiyyətinin başçısı olmamalıdır:
“Bu məsələlərə yanaşma Cənab Prezident, Ali Baş Komandanımız İlham Əlivevin, birinci xanım Mehriban Əliyevanın yanaşmaları kimi olmalıdır. Onlar qazilərin, şəhid ailələrininin problemlərinin həl olunması üçün tapşırıqlar verirlər.
Hərbi xidmətdə olmayan şəxs icra başçısı vəzifəsinə qoyulmamalıdır. Artıq Azərbaycan müharibədən sonrakı dövrü yaşayır. Müharibə hələ bitməyib. Bizim gənclərə, döyüşçülərə hər zaman ehtiyacımız var. Bu gənclərə qarşı münasibət dəyişməlidir. Hərbi xidmət üzü görməyən icra başçıları qazilərimizin halını anlamaz, onları başa düşməz. Bu baxımdan, sözügedən məsələ ciddi və həssas mövzudur. Biz baş verənlərdən narahatıq, “Qazilər birliyi” olaraq bu məsələlərə etirazımızı bildiririk, eyni zamanda, hər bir məsələdə dövlətimizin yanındayıq, dövlətimizə dəstəyimizi bildiririk. Ali Baş Komandanımızın yanındayıq. Təklif edirik ki, dövlət müharibə komitəsi, istintaq komissiyası yaradılsın. Bu komissiyaya şəhid ailələri, qazilər, vetranlarla işləyən təşkilatların rəhbərləri cəlb edilsin”.
Medianews.az