Bəstəkar və müğənni Nazim Məmmədov illər əvvəl başına gələn hadisədən danışıb.
Medianews.az xəbər verir ki, “Həmin Zaur” proqramına dəvət olunan ifaçı Əməkdar artist Elza Seyidcahanın ona avtomobil aldığını etiraf edib:
“Özümün “011” maşınım var idi, Elza xanımı gəzdirirdim, bir dost kimi. Elza xanım yaxşı maşında gəzmək istəyirdi. Ona görə də mənim üçün ilkin ödəniş edib kreditə “21-07″ markalı maşın götürdü. Kreditin davamını özüm ödəmişdim”.
Daha sonra Nazim həmin maşını Elzanın oğlu Ələkbərin Gülyanaq Məmmədovanın avtomobilinə vurduğunu deyib:
“2005-ci ildə Elza Seyidcahanın proqramı var idi. Mən prodüser kimi çalışırdım. Verilişə Gülyaz və Gülyanaq Məmmədova bacıları gəlmişdi. Qəfildən səs-küy düşdü. Dedilər ki, Elza xanımın mənə aldığı maşını oğlu Ələkbər Gülyanaq xanımın avtomobilinə çırpıb”.