Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü ilə bağlı danışıb.
Medianews.az xəbər verir ki, O bu gü15 iyul çevriliş cəhdinin 6-cı ildönümü olduğunu xatırladıb: “15 İyul gecəsi Cümhuriyyətimizi, demokratiyamızı, bütün uğurlarımızı canımız bahasına müdafiə etdik və Türkiyənin heç vaxt ələ keçirilə bilməyəcəyini göstərdik”.
Prezident Ərdoğan müstəqillik və gələcək uğrunda FETÖ-nün xəyanət dəstəsinin üzvü olan xainlərlə şir kimi mübarizə apararaq şəhidlik yoluna çıxan 252 şəhidə Allahdan rəhmət diləyib.
Hər bir şəhidin həyat hekayəsinin vəfalı və fədakar qəlblərin qavraya biləcəyi örnək mesajların olduğuna diqqət çəkən Ərdoğan, bu mesajların nəsillər boyu sözdən-ağıza keçəcəyini və bir yol göstərəcəyini söyləyib.
Türk millətinə və şəhidlərin yaxınlarına başsağlığı verən Ərdoğan sözlərini belə davam etdirib:
“İyulun 15-nə keçən gecə Türkiyə sevgisi ilə döyünən ürəklərlə baş verən tarixi qiyamətdə iştirak edən hər bir vətəndaşıma, veteran statusu ilə təltif olunan bütün qardaş və bacılarıma minnətdarlığımı bildirirəm. Həmin gecə çevriliş cəhdinin başlaması ilə küçələri, prospektləri, meydanları tərəddüd etmədən dolduran, tankları, təyyarələri, vertolyotları bədənləri ilə sipər edən bu millətə minnətdaram”.
Medianews.az