Almaniyada aparılan sorğu alman xalqının Rusiya – Ukrayna müharibəsinə münasibətini ortaya qoyub/
Medianews.az xəbər verir ki, ZDF-nin keçirdiyi sorğuda qeyd olunub ki, son vaxtlar təbii qaz və enerji böhranı yaşayan Almaniyada Ukraynaya dəstək 70 faiz səviyyəsindədir.
Digər tərəfdən, Rusiyaya daha sərt hərbi müdaxiləyə dəstək 44 faizdən 35 faizə düşüb. Məlumatda bildirilir ki, respondentlərin 22 faizi Almaniyanın Ukraynanı dəstəkləməməsini istəyib.
Bildirilib ki, 1167 iştirakçının daxil olduğu sorğu telefon vasitəsilə aparılıb.
Leyla, Medianews.az