“90-lar” layihəsindən danışmaq istəyirəm. Elnur Həsənov, Akif Hüseynov və başqalarının burada əməyi var. Layihə yutuba yerləşdiriləndə çox yazan oldu. Hətta bizim bədxah qonşularımız belə mahnılarımın altından xoş söz yazırdılar. Onlar belə yaxşı, keyfiyyətli musiqiyə qulaq asırlar. Biz isə gedib ən pisini götürürük”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “7 canlı” proqramında deyib. Müğənni “bayağı” adlandırılan mahnılardan danışıb:
“Dinləmirəm deyə, o haqda yalan danışmayacam. Bəlkə, onları ifa edənlər gözəl insanlardır, xeyriyyə işləri görürlər. Məni ən çox qıcıqlandıran şey onların şəxsi həyatları ilə bağlı nüansları gündəmə gətirməkləridir. İstəyir oxuyur, bunu qadağan edə bilmərik. Həmin o ifaçılar kütləni gözəl yerə də yönləndirə bilər. Bununla məşğul olsalar, daha yaxşı olar”.