Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1667 tankı, 3852 zirehli döyüş maşını, 840 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 havadan müdafiə sistemi, 219 hərbi təyyarəsi, 188 helikopteri, 2704 avtomobil texnikası və yanacaq çəni, 15 gəmi/kateri, 681 dronu, 67 xüsusi avadanlığı, 155 qanadlı raketi məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 37 870-ə qədər canlı qüvvə itirdiyini bəyan edib.