Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.
Medianews.az xəbər verir ki, hadisə Sumqayıt şəhərindən paytaxt istiqamətinə gedən yolda baş verib.
Belə ki, yolun Beynəlxalq Avtovağzalın qarşısından keçən hissəsində səkkiz avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət həddi və ara məsafənin qorunmaması olub. Qeyd edək ki, qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.
Medianews.az