Cümə axşamı, 18 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanın Əməkdar artisti Fransanın “Fəxri Legion” ordeninə layiq görülüb

TURAN
14/07/2022 17:55
202
BAXIŞ
FacebookTwitterTelegram

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsuqiçi Adilə Əliyeva ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif olunub.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Fransa Respublikasının milli bayramı ərəfəsində imzalanan fərmanda bildirilib ki, pianoçu, klassik musiqi festivalının təsisçisi Adilə Əliyeva musiqi sahəsində 46 illik xidmətinə əsasən bu mükafata layiq görülüb.

Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva bu xoş xəbərin sevincini dostları ilə bölüşüb:

“Əziz dostlar! Məmnuniyyətlə bildirirəm ki, bu gün Fransa Respublikasının Prezidenti Emmanuel Makronun fərmanı ilə mənə kavaler rütbəsi ilə “Fəxri Legion” ordeni verildi”.

Bakı şəhərində anadan olan soydaşımız Bülbül adına orta ixtisas musiqi məktəbini və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Onun 50-dən çox ölkədə konsertləri təşkil edilib, məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılıb. Soydaşımızın konsert proqramına Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və digər Azərbaycan bəstəkarlarının da əsərləri daxildir. O, “Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı” mükafatına layiq görülüb, “Beynəlxalq VILLA-LOBOS” və “Zaqafqaziya” müsabiqələrinin laureatı olub.

Hazırda Fransanın Annemas şəhərində yaşayan A.Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 1996-cı ildən etibarən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Müsabiqəsi keçirilir. Fransa və İsveçrədə iki ildən bir təşkil edilən müsabiqə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.

“Diasporla İş üzrə Dövlət Komitəsi ölkəmizin həqiqətlərinin və mədəniyyətinin təbliğində fəal iştirak edən hörmətli və sevimli Adilə Əliyevanı bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, yaradıcılıq, ictimai və diaspor fəaliyyətində davamlı uğurlar qazanmağı arzulayır”, – deyə məlumatda qeyd olunub.

DAHA ÇOX OXU

“Evdə oturub ölümümü gözləyirəm” – İşsiz qalan “Moşu”
Mədəniyyət

“Evdə oturub ölümümü gözləyirəm” – İşsiz qalan “Moşu”

18/08/2022 11:06
Mina ilk dəfə həyat yoldaşı ilə fotolarını PAYLAŞDI
export

Mina ilk dəfə həyat yoldaşı ilə fotolarını PAYLAŞDI

18/08/2022 01:56
Prezidentin səmimi davranışı gündəm oldu- Video
1-MANŞET

Prezidentin səmimi davranışı gündəm oldu- Video

18/08/2022 01:39
Qurban Qurbanov matçı dəyərləndirdi: “Səbrli olmalıyıq”
export

Qurban Qurbanov matçı dəyərləndirdi: “Səbrli olmalıyıq”

17/08/2022 22:55
“Qarabağ” Çexiya klubu ilə heç-heçə edib
export

“Qarabağ” Çexiya klubu ilə heç-heçə edib

17/08/2022 22:52
İlham Əliyev və Mehriban Əliyeva Maqomayevin xatirə gecəsində iştirak etdi
1-MANŞET

İlham Əliyev və Mehriban Əliyeva Maqomayevin xatirə gecəsində iştirak etdi

17/08/2022 22:20
SON XƏBƏR
“Rəhimlə “qanlı bıçağ”ıq” – Roza Zərgərli

"Rəhimlə "qanlı bıçağ"ıq" - Roza Zərgərli

“Videolarıma bədxah qonşularımız belə xoş söz yazırdılar”

"Videolarıma bədxah qonşularımız belə xoş söz yazırdılar"

Türkiyədə gəmidə qəza: Azərbaycanlı matros həlak oldu

Türkiyədə gəmidə qəza: Azərbaycanlı matros həlak oldu

Xəbər lenti

Laçından yeni görüntülər – Ermənilər yenə yandırır

Laçından yeni görüntülər – Ermənilər yenə yandırır

18/08/2022 12:10

Rayonlardakı yanğın turizmə zərər vurub? – AÇIQLAMA

Rayonlardakı yanğın turizmə zərər vurub? – AÇIQLAMA

18/08/2022 12:04

Çində daşqın: 16 nəfər ölüb, 36 nəfər itkin düşüb

Çində daşqın: 16 nəfər ölüb, 36 nəfər itkin düşüb

18/08/2022 11:59

Dünya çempionatı: Son yeddi ildə ilk dəfə…

Dünya çempionatı: Son yeddi ildə ilk dəfə…

18/08/2022 11:17

Prezidentin səmimi davranışı gündəm oldu – Video

Prezidentin səmimi davranışı gündəm oldu – Video

18/08/2022 11:09

“Evdə oturub ölümümü gözləyirəm” – İşsiz qalan “Moşu”

“Evdə oturub ölümümü gözləyirəm” – İşsiz qalan “Moşu”

18/08/2022 11:06

Ərdoğan bu gün Ukraynaya gedir

Ərdoğan bu gün Ukraynaya gedir

18/08/2022 10:28

““Qarabağ”ı qəzəbləndirmək istəyirdik” – Lukaş Heyda

““Qarabağ”ı qəzəbləndirmək istəyirdik” – Lukaş Heyda

18/08/2022 10:07

Neft cüzi bahalaşıb

Neft cüzi bahalaşıb

18/08/2022 10:04

MEDİA-nın şöbə müdiri: “Dəstək göstərilən media subyektlərinin bəzilərinə xəbərdarlıq edilib, bəzilərinə isə…” – Müsahibə

MEDİA-nın şöbə müdiri: “Dəstək göstərilən media subyektlərinin bəzilərinə xəbərdarlıq edilib, bəzilərinə isə…” – Müsahibə

18/08/2022 09:57

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

18/08/2022 09:32

“WhatsApp”dan yenilik – Yeni xüsusiyyət açıqlandı

“WhatsApp”dan yenilik – Yeni xüsusiyyət açıqlandı

18/08/2022 09:20

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru nə zamana qədər davam edəcək?

Ermənilər Laçında meşəyə bu cür od vurdular – VİDEO

18/08/2022 09:12

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırıb, Çexiya irəliləyib

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırıb, Çexiya irəliləyib

18/08/2022 09:06

Mina ilk dəfə həyat yoldaşı ilə fotolarını PAYLAŞDI

Mina ilk dəfə həyat yoldaşı ilə fotolarını PAYLAŞDI

18/08/2022 01:56

Prezidentin səmimi davranışı gündəm oldu- Video

Prezidentin səmimi davranışı gündəm oldu- Video

18/08/2022 01:39

Qurban Qurbanov matçı dəyərləndirdi: “Səbrli olmalıyıq”

Qurban Qurbanov matçı dəyərləndirdi: “Səbrli olmalıyıq”

17/08/2022 22:55

“Qarabağ” Çexiya klubu ilə heç-heçə edib

“Qarabağ” Çexiya klubu ilə heç-heçə edib

17/08/2022 22:52

İlham Əliyev və Mehriban Əliyeva Maqomayevin xatirə gecəsində iştirak etdi

İlham Əliyev və Mehriban Əliyeva Maqomayevin xatirə gecəsində iştirak etdi

17/08/2022 22:20

“Neftçi”dən qovulan çexiyalı baş məşqçi: “Favoritim “Viktoriya”dır” – MÜSAHİBƏ

“Neftçi”dən qovulan çexiyalı baş məşqçi: “Favoritim “Viktoriya”dır” – MÜSAHİBƏ

17/08/2022 21:09

Rusiyanın təhlükə altında olan 21,3 milyard dollarlıq layihəsini Türkiyə xilas edəcək – DETALLAR

Rusiyanın təhlükə altında olan 21,3 milyard dollarlıq layihəsini Türkiyə xilas edəcək – DETALLAR

17/08/2022 20:48

Türk PUA-ları suriyalıları qorxuya saldı – Çölə çıxmamaq barədə XƏBƏRDARLIQ edildi

Türk PUA-ları suriyalıları qorxuya saldı – Çölə çıxmamaq barədə XƏBƏRDARLIQ edildi

17/08/2022 20:40

Papanın yerinə keçəcəyi gözlənilən kardinala qarşı ŞOK İTTİHAM – Qadınları cinsi istismara məruz qoyub və …

Papanın yerinə keçəcəyi gözlənilən kardinala qarşı ŞOK İTTİHAM – Qadınları cinsi istismara məruz qoyub və …

17/08/2022 20:31

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Qadını kimsəsiz yerə sürüyərək zorladı – ANBAAN VİDEO

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Qadını kimsəsiz yerə sürüyərək zorladı – ANBAAN VİDEO

17/08/2022 20:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.