Avroviziya təmsilçilərimizdən olan Aysel Teymurzadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında müğənni həmkarı Rilaya Hüseynzadə ilə bağlı video yayımlayıb.
Sənətçi Rilayanın bir neçə gün əvvəl sevənlərinə təqdim etdiyi “Rəqs elə” mahısının görüntülərini paylaşaraq ingilis dilində “Uğurlar, Rilaya” sözlərini yazıb.
Teymurzadənin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Rilaya Hüseynzadə iş adamı Andrey Sarıçevlə ailə qurub. Cütlüyün 2018-ci ildə birinci, 2021-ci ildə isə ikinci övladları dünyaya gəlib. Rilaya ailə həyatı qurduğu üçün xeyli müddətdir sənətdən uzaqlaşmışdı.