Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, Rusiyanın ötən gün həyata keçirdiyi raket hücumunda ölənlərin sayının artdığı bildirilib.
Medianews.az xəbər verir ki, Rusiyanın bir neçə gün əvvəl Ukraynanın Çasiv Yar qəsəbəsində həyata keçirdiyi raket hücumu nəticəsində 1-i uşaq olmaqla 45 nəfərin həyatını itirdiyi bildirilib.
9 nəfərin yaralandığı hücumdan sonra axtarış-xilasetmə işləri davam edir.
Leyla, Medianews.az