Twitter 44 milyard dollarlıq satınalma müqaviləsindən geri çəkilən İlon Maskı məhkəməyə verib. Şirkət, Tesla-nın sahibi olan dünyanın ən zəngin adamlarından biri olan Maskdan müqaviləyə əməl etməsini tələb edir.
Medianews.az xəbər verir ki, aprel ayında Twitter-i 44 milyard dollara satınalma prosesinə başlayan İlon Mask, ötən günlərdə sosial media platformasını almaqdan vazkeçdiyini və şirkətin səhmlərinin birjada çökdüyünü bildirib. Mask, Twitter-in saxta və bot hesablarının sayı ilə bağlı onu çaşdırdığını iddia edib.
İddia ilə bağlı açıqlama verən Twitter, İlon Maskın şirkəti ictimai lağ mövzusuna çevirərək ona zərər verdiyini bildirib.
Leyla, Medianews.az