Şri-Lanka prezidenti Qotabaya Rajapaksanın ölkədən qaçdığı təsdiqlənib.
Medianews.az xəbər verir ki, Şri Lanka Hərbi Hava Qüvvələri Rajapaksa və həyat yoldaşının Maldiv adalarına getdiyini açıqlayıb. Rəsmilərinin verdiyi məlumata görə, Rajapaksa bu gün səhər tezdən Antonov-32 tipli hərbi təyyarə ilə ölkəsini tərk edib.
Məlumata görə, iqtisadi böhrana səbəbi ilə başlayan etirazlar nəticəsində bu gün istefa verəcəyini açıqlayan Şri-Lanka prezidenti Rajapaksa ötən bazar ertəsi tarixli istefa məktubunu imzalayaraq parlament sədrinə göndərib. Prezident olduğu müddətdə Şri-Lanka qanunlarına görə toxunulmazlığa malik olan Rajapaksanın həbs olunmamaq üçün istefa verməmişdən əvvəl ölkəni tərk etməyə çalışdığı güman edilir.
Leyla, Medianews.az