Rusiyanın Ukraynanın Donetsk vilayətinin Çasiv Yar şəhərində 5 mərtəbəli yaşayış binasını vurması nəticəsində vəziyyət daha da ağırlaşıb.
Medianews.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada bildirilib ki, Çasiv Yardakı binada davam edən axtarışlar zamanı bir uşağın cansız cəsədi tapılıb.
“Xilasetmə işləri zamanı indiyədək 33 nəfərin cəsədi tapılıb. Dağıntılar altından 9 nəfər xilas edilib. İşlər davam edir”,-deyə bildirilib.
Xatırladaq ki, Rusiya iyulun 9-da Çasiv Yar şəhərindəki 5 mərtəbəli binanı hədəfə alıb və binanın hər iki girişi tamamilə dağıdılıb.
Leyla, Medianews.az