Çində Covid-19 pandemiyasının yenidən canlanması qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqları artırdığı üçün neft qiymətləri bu gün kəskin şəkildə düşüb.
Medianews.az xəbər verir ki, West Texas Intermediate xam nefti gün ərzində 5,5 faiz ucuzlaşaraq barreli 100 dollardan aşağı düşüb. Brent markalı neftin fyuçersləri isə gün ərzində 4,5 faiz ucuzlaşaraq 102,32 dollar/barel olub.
Bildirilir ki, likvidliyin azalması neft qiymətlərini daha kəskin hərəkətlərə qarşı həssas edib. Brent neft fyuçersləri keçən həftə dollar ifadəsində tarixdə üçüncü ən böyük enişi qeydə alınıb.
Leyla, Medianews.az