Cümə axşamı, 18 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ukraynada müharibə bitir?

XƏYALƏ
11/07/2022 17:04
104
BAXIŞ
FacebookTwitterTelegram

Almaniya nəşri yazır ki, ABŞ müttəfiqləri ilə müharibəyə son qoymağın yollarını müzakirə edir

ABŞ hakimiyyəti, eləcə də əsas Avropa müttəfiqləri Ukraynadakı münaqişəyə son qoymağın diplomatik yollarını müzakirə edirlər. Almaniyanın “Welt” qəzetinin yazdığına görə, onlar gizli şəkildə məsləhətləşirlər.

Baş verənlərlə bağlı daha ətraflı məlumat verilməsə də, məqalədə ehtimal edilir ki, avropalı seçicilərin əksəriyyəti münaqişənin “diplomatik həlli”nin tərəfdarıdır.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts ZDF telekanalına rəy sorğusunun nəticələrini şərh edib. Sorğunun nəticələrinə görə, Almaniya vətəndaşlarının təxminən 50 faizi ərazi güzəştləri bahasına olsa belə, Rusiyaya qarşı sanksiyaların və Ukraynadakı münaqişənin tezliklə dayandırılmasının tərəfdarıdır. Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər “Ukraynanın özünü müdafiə edə bilməsi müddətində” qalacaq.

İyun ayında “The Wall Street Journal” Rusiya prezidenti Vladimir Putinin Aİ liderlərinin ən həssas nöqtəsinə zərbə endirməyi bacardığını yazmışdı. Bu, onların seçki reytinqidir. Söhbət Rusiya liderinin Avropaya qaz nəqli üçün ödəniş şərtlərini dəyişdirmək qərarından gedir. Nəşr qeyd edib ki, Avropanın əsas iqtisadiyyatlarında seçkilər 2023-cü ilin qışına yaxın keçiriləcək. Məhz bu mövsümdə evlərdə, eləcə də Avropa müəssisələrində rus qazının olmaması ən kəskin şəkildə hiss olunacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Kiyevə vaxtında hərbi yardımın göstərilməsi döyüş əməliyyatlarını 2022-ci ilin sonuna qədər başa çatdırmağa imkan verəcək. Bu barədə Ukrayna lideri “CNN” telekanalına müsahibəsində deyib.

“Əgər vaxtında tərəfdaşlarımızdan güclü silahlar gəlsə və Allah bizim tərəfimizdə olsa, ilin sonuna qədər çox şeyə nail ola və müharibəni dayandıra bilərik. Heç olmasa bu müharibənin hərbi hissəsini dayandıra bilərik” deyə, o bildirib.

Zelenski həmçinin ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfər edəcəyinə ümid etdiyini bildirib: “Eşitmişəm ki, o, bu ideyanı dəstəkləyir. Bu səfərə gedən yolda təhlükəsizliklə bağlı bir sıra problemlər var”.

Onun fikrincə, belə bir səfər Ukraynaya kömək edəcək: “Ukraynalılar ABŞ-ı dəstəkləyir, ABŞ-a, eləcə də Böyük Britaniya, Polşa və Baltikyanı ölkələrə etimad çox yüksəkdir”

Bu arada isə məlum olub ki, daha dörd HIMARS raket sistemi Ukraynaya növbəti hərbi yardım paketinə daxil ediləcək. Bu barədə brifinqdə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ Ukrayna üçün dörd MLRS və sursat tədarük edəcək. Bu günə qədər Ukrayna ABŞ-dan artıq səkkiz belə sistem alıb, ona görə də elan edilmiş tədarükləri nəzərə alaraq, Ukrayna Silahlı Qüvvələrində 12 HIMARS MLRS olacaq. Pentaqon qeyd edib ki, Ukraynaya hərbi yardım Ukrayna tərəfinin müdafiə silahlarına olan ehtiyaclarına əsaslanır. Həmçinin ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Vaşinqton Kiyevlə müntəzəm əlaqə saxlayır, o cümlədən Ukraynaya ötürülən hərbi yardımın taleyinə nəzarət edir.

Rusiya silahlı qüvvələri içərisində ABŞ-dan göndərilən M777 haubitsalarının olduğu anqarı məhv edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, anqar Çasov Yar kəndinin yaxınlığında vurulub. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin 30-dan çox hərbi qulluqçusu həlak olub. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Donetskin yaşayış məntəqələrini buradan atəşə tuturdu.

Musavat.com

DAHA ÇOX OXU

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR
1-MANŞET

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

18/08/2022 20:00
Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib
1-MANŞET

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

18/08/2022 19:35
Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO
1-MANŞET

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

18/08/2022 19:12
“Hər şey göz önündədir” – Paşinyan
Dünya

“Hər şey göz önündədir” – Paşinyan

18/08/2022 18:00
Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”
Dünya

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

18/08/2022 17:23
Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur
Dünya

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

18/08/2022 16:52
SON XƏBƏR
Moskva bazarında kütləvi dava edən azərbaycanlılardır? – VİDEO

Moskva bazarında kütləvi dava edən azərbaycanlılardır? - VİDEO

Biznesmenin oğlu faciəvi şəkildə öldü – Foto

Biznesmenin oğlu faciəvi şəkildə öldü - Foto

Ərdoğan Putinlə danışdı

Ərdoğan Putinlə danışdı

Xəbər lenti

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

18/08/2022 20:00

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

18/08/2022 19:35

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

18/08/2022 19:12

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

18/08/2022 19:10

Bir cənub şəhərində tutulan polkovnik

Bir cənub şəhərində tutulan polkovnik

18/08/2022 18:43

“Hər şey göz önündədir” – Paşinyan

“Hər şey göz önündədir” – Paşinyan

18/08/2022 18:00

Bakıda kanalizasiya quyusu daşdı – ŞİKAYƏT

Bakıda kanalizasiya quyusu daşdı – ŞİKAYƏT

18/08/2022 17:59

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

18/08/2022 17:50

“Real Madrid” futbolçusunu icarəyə verib

“Real Madrid” futbolçusunu icarəyə verib

18/08/2022 17:42

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

18/08/2022 17:24

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

18/08/2022 17:23

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

18/08/2022 17:11

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 17:01

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

18/08/2022 16:52

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

18/08/2022 16:34

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

18/08/2022 16:33

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

18/08/2022 16:33

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 16:30

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

18/08/2022 16:18

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

18/08/2022 16:06

Təhsil işçilərinin maaşına əlavələr edildi

Təhsil işçilərinin maaşına əlavələr edildi

18/08/2022 16:00

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

18/08/2022 15:47

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

18/08/2022 15:29

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

18/08/2022 15:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.