Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.
İki liderin görüşü ilə bağlı Kremldən verilən açıqlamada Litva tərəfindən Kalininqrad vilayətinə malların tranzitinə tətbiq etdiyi qeyri-qanuni məhdudiyyətlərlə bağlı vəziyyət vurğulanıb. Bu kontekstdə atılacaq bəzi ümumi addımlar müzakirə olunub.
Görüş zamanı ikitərəfli əlaqələr və iqtisadi əməkdaşlıq məsələləri də müzakirə edilib. Rusiya ilə Belarus arasında tərəfdaşlıq münasibətlərinin vurğulandığı görüşdə müttəfiqlik əlaqələrinin ardıcıl gücləndirilməsi ilə bağlı konsensus əldə olunub.
Leyla, Medianews.az