Rusiya prezidenti Vladimir Putin bütün Ukrayna vətəndaşlarının sadələşdirilmiş prosedur vasitəsilə Rusiya vətəndaşlığı üçün müraciət etməsinə yol açan fərman imzalayıb.
Medianews.az xəbər verir ki, fərman Rusiya hökumətinin saytında dərc olunub.
Xatırladaq ki, Rusiya daha əvvəl sadələşdirilmiş vətəndaşlıq ərizəsi prosesinin müstəqilliyini birtərəfli qaydada tanıdığı Ukraynanın şərqindəki Donetsk və Luqansk Xalq Respublikalarının sakinləri və nəzarəti ələ keçirdiyi Xerson və Zaporojyaya şamil ediləcəyini açıqlamışdı.
Qeyd edək ki, Donetsk və Luqanskın yerləşdiyi Donbas bölgəsində fevralın 24-də Ukraynanı işğal edən Rusiya ordusu ilə Ukrayna qoşunları arasında şiddətli toqquşmalar davam edir.
Leyla, Medianews.az