Hindistandan koronavirusla bağlı həyəcanlı açıqlama gəlib.
Medianews.az xəbər verir ki, alimlər Omicron variantının Hindistanda sürətlə yayıldığını izah edərkən, yeni bir variantın yayıla biləcəyini bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, BA.2.75 adlı variant peyvəndlərə və əvvəlki xəstəliklərə davamlı ola bilər. Məlumatda bildirilir ki, xəstəliyin digər Omicron variantlarından, o cümlədən BA.5-dən daha ölümcül olub-olmadığı hələ məlum deyil.
Leyla, Medianews.az