ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinin göyərtəsində insident baş verib.
HDQ-nin mətbuat xidmətinin məlumatına əsasən F-18 “Super Hornet” qırıcısı gəminin göyərtəsindən suya düşüb.
Hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.
Bildirilir ki, insident nəticəsində 1 hərbçi yaralanıb. Aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarələr tapşırıqlara hazırlıq vəziyyətindədir.