Antalyada spirtli içki qəbul edən qadın turist maşını ilə qəza törədib.
Medianews.az xəbər verir ki, maşından çətinliklə endirilən qadın turist polislərin əmrlərinə məhəl qoymadan kameralara poza verib.
Çətinliklə nəzarət altına alınan qadın turistin spirtli içki qəbul etdiyi aşkarlanıb. Eyni zamanda qadın türist Fedorişçeva Yananın Ukrayna əsilli olduğu da müəyyən edilib.
Polis qrupları ukraynalı turistdən qəzanı törətdikdən sonra dəqiqələrcə maşından düşməsini, sürücülük vəsiqəsi və digər lazımi sənədləri təqdim etməsini tələb edib. Polis qruplarının tələblərini yerinə yetirməyən qadın onlara çətin anlar yaşadıb.