Yaponiyanın sabiq Baş naziri Sindzo Abeyə sui-qəsd haqqında xəbər vermişdik.
Medianews.az xəbər verir ki, hadisə anının görüntüləri yayılıb.
Sindzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb. Silahlı hücüma məruz qalan ölkənin sabiq baş naziri Şinzo Abe vəfat edib.
Hücumda şübhəli bilinən şəxsi polis saxlayıb. O, Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir. Sindzo Abeyə sui-qəsd edən Tetsuya Yamaqami ilkin dindirilmə zamanı deyib ki, o, bu addımı anasına görə atıb. T.Yamaqami ifadəsi zamanı deyib ki, Abe müəyyən “şəxslər qrupu”na aid olub, buna görə də onun ailəsi maddi cəhətdən çətin vəziyyətə düşüb.
Lakin S.Abenin hansı qruplaşmaya aid olduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe insanlar qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb. Hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Siyasətçiyə hücum edən şəxs saxlanılıb.
Məlumat üçün bildirək ki, 67 yaşlı Sindzo Abe Yaponiya hökumətinin başında ən uzun müddət qalma rekordunu qırıb.
O, ilk dəfə 2006-cı ildə kabinetə başçılıq edib və ölkənin müharibədən sonrakı tarixində ən gənc baş nazir olub.
Onun ikinci hakimiyyətlilik müddəti isə 2012-2020-ci illəri əhatə edib.
Medianews.az