Hindistana güclü yağışlar yağıb.
Medianews.az xəbər verir ki, Kəşmirdə Amarnath hindu məbədinin ətrafındakı sel nəticəsində çadırlar dağılıb. 15 nəfər həyatını itirib, 50-dən çox insan isə itkin düşüb.
Kəşmirdə Amarnath hindu məbədi ətrafında 25-dən çox çadır dağıdılıb, Hindistanda leysan yağışlar daşqınlara səbəb olub.
Səlahiyyətlilər hadisədə 15 nəfərin həyatını itirdiyini, 50 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Hindistan ordusu hadisə yerinə axtarış-xilasetmə və tibbi qrupların göndərildiyini, yaralıların isə xəstəxanaya göndərildiyini açıqlayıb.
Medianews.az