MIDA-nın sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə mənzillərin seçiminin 2-ci mərhələsində Yasamal Yaşayış Kompleksində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək.
Bu barədə Dövlət Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək.