Cümə, 29 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Sonuncu ukraynalı ölənə qədər…” – Putin Qərbi və postsovet ölkələrini hədələdi

LEYLA
08/07/2022 15:37
664
BAXIŞ
FacebookTwitterTelegram

“Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının üzvləri ilə görüşündə Qərbə qarşı hədə ritorikasının tonunu bir az da sərtləşdirib. Putinin dedikləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra barıtı çox olan ən güclü çıxış kimi qiymətləndirilə bilər. Görünür, müharibənin ilk vaxtlarında istədiyini qopara bilməyən Rusiya rəhbərliyi hərbi əməliyyatlardakı uğursuzluğu ört-basdır etmək üçün bleflər edirdisə, indi vəziyyət bir qədər dəyişib”.

Bu sözləri savash.org-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Kremlin cari tezisləri Rusiya hərbi qüvvələrinin Ukraynanın şərqi və cənub-şərq istiqamətində əldə etdiyi uğurlara söykənir, bu da Moskvanı Qərbə qarşı tərzini daha da amansızlaşdırır:

“Putin Rusiyanın irəliləməsindən cuşa gələrək Qərbi açıq döyüş meydanına səsləyir, hərçənd bu, daha çox psixoloji müharibənin elementidir. Putin nə deyib ki, biz onun üzərinə vurğu edirik? O qeyd edib ki, Qərb döyüş meydanında Rusiyanı məğlub etmək istəyirsə, buyursun, buna cəhd etsin:

“Biz eşidirik ki, Qərb bizimlə son ukraynalıya qədər vuruşmaq istəyir. Bu, Ukrayna xalqı üçün faciədir, lakin görünür, hər şey buna doğru gedir. Amma hamı bilməlidir ki, biz hələlik ciddi bir işə başlamamışıq. Biz sülh danışıqlarından imtina etmirik. Amma bundan imtina edənlər bilməlidirlər ki, nə qədər uzağa getsələr, bizimlə danışıqlar aparmaq bir o qədər çətin olacaq”.

Vladimir Putinin hədəsində blef elementləri indi də mövcuddur, ancaq onun dağıdıcı çıxışına təkan verən başqa güclü amillər də var ki, onları ümumiləşmiş şəkildə sadalamaq yerinə düşər.

Birincisi, söhbət heç də NATO-nun kollektiv gücü ilə Rusiyanın gücü arasındakı müqayisədən getmir, güc müqayisəsində Moskva rəqibindən geri qalır. Burada təkcə hərbi güc konteksti nəzərə alınmır, Rusiya həm texnoloji imkanları, həm maliyyə resursları, həm kəşfiyyat resursları, həm də bəzi müasir silahların mövcudluğu baxımından NATO-nu təkbaşına üstələmək potensialına malik deyil.  Ancaq Rusiyada analoqu olmayan elə dağıdıcı silahlar – atom sualtı gəmiləri, qitələrarası ballistik raketləri, nüvə silahları var ki, Qərb onların tətiyinin çəkilməsindən ehtiyat edir.

Görünür, Qərbin masasında Rusiyanın nüvə silahını məqsədyönlü şəkildə istifadə riskinin səviyyəsini artırdığına dair kəşfiyyat məlumatları var. Rusiyanın bu nöqtədəki məramı Qərbi Ukraynaya hərbi dəstək verməkdən çəkindirmək və bu mövzuda qərar qəbul edən şəxslərdə qorxu yaratmaqdır.

NATO Rusiyanın nüvə silahına əl atacağı riski ilə bağlı həqiqətləri 5 faiz şkalasında dəyərləndirsə də, Moskvanın məsuliyyətsiz ritorikaya gedəcəyini də istisna etmir. NATO-nun bu ehtiyatlı duruşu dünyanı mümkün nüvə zərbələrindən qorumaq məqsədlərinə söykənir, hərçənd Alyansın balansında Moskvaya qarşı əks-nüvə zərbələri endirə biləcək potensial mövcuddur.  Ancaq nə Rusiya, nə də NATO nüvə ssenarisinin hara qədər uzanacağını bilmirlər. Moskvanın özü də nüvə təhdidləri səsləndirsə belə, o da ehtiyat edir.

İkincisi, Rusiyanın yumruğunu bərkidən taxıl ixracı imkanlarını artırması və dünyanı çörəyə möhtac qoymaq ehtimalını əlində rıçaq kimi saxlamasıdır. Buna görə də, NATO müttəfiqləri taxıl ixracını asanlaşdırırarq, Rusiyanın Qara dəniz limanlarında yaratdığı humanitar blokadanı pozmaq üçün yaradıcı həllər axtarışındadır”.

Ekspertin sözlərinə görə, bu axtarışlarda Rusiya ilə danışıqlar da seçim kimi Qərbin qarşısında dayanır, Putinin də niyyəti elə buna nail olmaqdır:

“Ona görə həm dialoqu önə çıxarır, həm də hədələyir. Putin NATO-ya barmaq silkələyərkən postsovet məkanını da nəzərə alır və qeyd edir ki, NATO keçmiş SSRİ respublikaları hesabına genişlənə bilməz. Bu, SSRİ imperiyasının tərkibində olmuş dövlətlərə (Latviya, Litva, Estoniyanı çıxmaq şərti ilə) böyük bir təhdid mesajıdır. Yəni, sizin avrointeqrasiya planlarınızın məzmunu və ölçüsü mütləq Rusiyanın cızdığı xətlər üzrə gedə bilər.  Rusiya Ukraynada uğur qazandıqca özünün işğalçı rolundan aldığı həzzin dozası artacaq və Qərbi geri oturtmaq üçün qəddar gücdən də istifadə edəcək. NATO Rusiyanın aqressiyasını cilovlamaq fikrində olsa da, hazırkı mərhələdə etdikləri həlledici praktiki faydalar gətirmir. Buna görə də, NATO Rusiya ilə arasındakı pərdəni aralayaraq danışıqlar masasında həllər tapmağa çalışacaq.

Əgər bunlar da nəticə verməsə, Rusiya silahlarını NATO-ya qarşı da çevirəcək – təbii ki, Qərb Ukraynanın arxasından geri çəkilməsə”.

DAHA ÇOX OXU

Cəmiyyət

BMT missiyası Qarabağa səfər edəcək – YAXIN GÜNLƏRDƏ..

29/09/2023 17:19
Cəmiyyət

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02
export

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47
1-MANŞET

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10
Dünya

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14
export

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09

Xəbər lenti

BMT missiyası Qarabağa səfər edəcək – YAXIN GÜNLƏRDƏ..

29/09/2023 17:19

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55

Oktyabrda hava necə olacaq?

29/09/2023 15:37

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

29/09/2023 15:02

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət etdi

29/09/2023 14:50

Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar

29/09/2023 14:41

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24

İlon Mask Bakıya gəlməkdən imtina etdi

29/09/2023 14:14

Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?

29/09/2023 14:04

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29/09/2023 14:02

İlham Əliyev: “Bərpa işlərinə 7 milyard dollar sərf edilib”

29/09/2023 13:57

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

29/09/2023 13:56

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

29/09/2023 13:53

Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

29/09/2023 13:51

Namiq Qaraçuxurlu həbs edilib? – FOTO

29/09/2023 13:48

Aynurdan vəfat edən atası və bacısı ilə bağlı paylaşım

29/09/2023 13:46

“İnstagram” hesabı ələ keçirilən məşhur fenomen xəstəxanalıq oldu – VİDEO

29/09/2023 13:40

Yaşar Gülər Ermənistana XƏBƏRDARLIQ ETDİ

29/09/2023 13:30

Gülnarə Kərimova ilə bağlı yeni ŞOK MƏLUMATLAR – Bu cinayət təşkilatını idarə edirmiş

29/09/2023 13:27

Qadın yazıçı keçmiş ərini bıçaqlayaraq öldürdü – FOTOLAR

29/09/2023 13:15

Təcili Tibbi Yardım Stansiyası niyə ləğv olunur? – RƏSMİ AÇIQLAMA

29/09/2023 13:10

Yağış metro stansiyasını gölə çevirdi – ANBAAN VİDEO

29/09/2023 13:07

3 günlük körpəni xəstəxanadan qaçıran qadın belə tutuldu – VİDEO

29/09/2023 13:00

4 gündür axtarılan gənc qızın cəsədi və son məktubu TAPILDI – FOTO

29/09/2023 12:54

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.