Türkiyənin reytinqli “Yemin” serialında əsas rollardan birinə çəkilən həmyerlimiz Yağmur Şahbazova anası Esmiralda Şahbazova ilə şəklini instaqramda paylaşıb.
34 yaşlı aktrisanın anası ilə şəkli böyük maraq doğurub. İzləyiciləri ulduzun gözəlliyini anasından aldığını qeyd edib.
“Vicdan haqqı” serialından sonra məşhurlaşan Yağmur Şahbazova Əməkdar artist, İrəvan Dram Teatrının aktrisası Esmiralda Şahbazovanın qızıdır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.