Cümə, 29 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Azərbaycan “Fateh” raketi ilə vurula bilər, çünki…” – Sabiq nazirlə SENSASİON MÜSAHİBƏ

LEYLA
08/07/2022 15:48
392
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov gündəmdəki hadisələr, İran-Ermənistan rəsmilərinin görüşləri ilə bağlı Gundem.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Ermənistanda səfərdə olarkən bildirdi ki, regionda geosiyasi vəziyyəti dəyişmək cəhdləri qəbuledilməzdir. Bununla o, nə demək istəyir?

-Regionda geosiyasi vəziyyətin dəyişməsi kiminsə istəyindən asılı deyil. Bunun üçün böyük proseslər baş verməlidir. Hiss olunur ki, burada geosiyasi vəziyyətin dəyişməsi İran siyasi elitası üçün arzuolunmazdır. Amma İran geosiyasi dəyişikliklərin qarşısını ala bilməz. Biz görürük ki, burada dəyişikliklər gedir. Rusiyanın zəifləməsi, Türkiyə-Azərbaycan tandemi göz qabağındadır. Ermənistan kimi İran da Türkiyə-Azərbaycan tandeminin güclənməsindən narahatdır.

-İran ordusu – SEPAH növbəti dəfə Azərbaycanı hədələyib. Qurumun rəsmi Teleqram kanalında qeyd olunub ki, İsraillə münasibətləri yaxşı olan Azərbaycan “Fateh” raketi ilə vurula bilər. Azərbaycanın Qərblə əməkdaşlığı İranda niyə narahatlıq doğurmalıır?

-Qərb qüvvələri İranın digər cinahlarında da mövcuddur. Fars körfəzi, İraq və digər cinahlarda ABŞ-ın qüvvələri var. Amma İran niyə məhz Azərbaycanı qabardır? Mən bunu əsassız sayıram və təbliğat olduğunu düşünürəm. İran Qərbin bölgədə mövcudluğundan narahatdırsa, ilk növbədə Fars körfəzinə, İraqa fikir versin. Bundan öncə Əfqanıstanda da NATO qoşunları vardı, amma İran bununa bağlı hansısa addım atmadı. Odur ki, SEPAH nümayəndələrinin Azərbaycanla bağlı açıqlamalarını ciddi hesab etmirəm.

-Məlumat yayılıb ki, Rusiya Azərbaycanla sərhəddə – Tovuz rayonun yaxınlığında hərbi baza tikir. Sizcə, Rusiyanın sərhədimizin yaxınlığında hərbi baza tikməsi hansı zərurətdən irəli gəlir?

-Doğrusu, orada baş verənlərin məntiqini tuta bilmirəm. Rusiyanın Tovuzla üzbəüz mövqedə hərbi baza tikməsinin heç bir mənası yoxdur. İstisna etmirəm ki, bu ermənilərin təxribat xarakterli şayiələridir. Onların əsas məqsədi Türkiyə-Azərbaycan tandemini zəiflətmək, Rusiya ilə münasibətlərimizi korlamaqdır. Hesab edirlər ki, Rusiya Azərbaycanla münasibətləri pisləşdirsə, Ermənistanın fantaziyalarına dəstək verəcək.

-Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə bildirdi ki, Azərbaycan yeni müharibəyə hazırlaşır. Bu yanaşma nə dərəcədə ağılabatandır?

-Paşinyan bəzi hallarda həqiqəti söyləyir. Onlar açıq şəkildə bəyan ediblər ki, köhnə siyasəti təzə şəraitdə davam etdirəcəklər. 1918-ci ildən başlayaraq onların Azərbaycana qarşı ərazi iddiaları və anneksiya cəhdləri olub. Əvvəllər bunu hərbi yolla həyata keçirirdilər, indi istəyirlər ki, bunu yeni şəraitdə davam etdirsinlər. 10 noyabr bəyanatının tələblərindən boyun qaçırmaq istəyirlər. Təbii ki, onların Azərbaycana qarşı ərazi iddiaları davam edərsə, Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq buna cavab verəcək. Azərbaycan Prezidenti də bəyan edib ki, əgər ermənilər bir daha ərazi iddiası irəli sürərsə, təxribata əl atarsa, “dəmir yumruq” yerindədir. Hesab edirəm ki, Paşinyan vəziyyəti yaxşı başa düşür. O, düz deyir, Azərbaycan hər an müharibəyə hazırdır.

-Ermənilər Laçın şəhərindən kənar çəkilən yeni yolla bağlı narahat olublar. Yeni yolun Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

– Laçın şəhərindən kənar yolun çəkilməsi 10 noyabr bəyanatında nəzərdə tutulub. Ermənilərin narahatlığı başqadır. Bilirsiniz ki, 10 noyabr bəyanatında Naxçıvanı Azərbaycanla birləşdirən yeni yolun çəkilməsi nəzərdə tutulmuşdu. Amma Ermənistan buna mane oldu. Öhdəliklərini pozdular, yolun çəkilməsini istəmədilər. Dedilər ki, əgər yol çəkiləcəksə, orada sərhəd və gömrük postu qurulacaq və s. Azərbaycan da Laçındakı yeni yolda – Ermənistanla sərhəddə sərhəd və gömrük postları qurur. Erməniləri narahat edən məsələ budur.

-Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasi uzun vaxt aparacaq. Bu prosesi siz necə görürsünüz? Hansı xəritələr əsasında sərhədlər müəyyən edilməlidir?

-Bəli, bu çox mürəkkəb məsələdir. İki ölkə arasında sərhədlər çəkilərkən müxtəlif xəritələrdən istifadə oluna bilər. Yəni bir xəritəyə istinad olunmayacaq. Ermənilər istəyir ki, SSRİ dövründəki xəritə əsas götürülsün. Onlar Qarabağ istisna olunmaqla, Azərbaycan sərhədlərini tanımağa hazırdırlar. Bu şəraitdə prosesin sürətləndirilməsi bizə maraqlı deyil. Zəngəzur bölgəsində aid 1920-ci ilin xəritəsini əsas götürə bilərik. Həmin xəritə ilə Zəngəzurun Azərbaycana qaytarılmasını təmin edə bilərik. Digər ərazilər üzrə sərhədlər isə başqa xəritələrə əsasən müəyyən edilə bilər.

-Azərbaycanla Ermənistan arasında ərazi dəyişikliyi prosesi baş tuta bilərmi?

– Mən buna inanmıram. Biz hansı əraziləri Ermənistanla dəyişiri? Xankəndi də, Zəngəzur da Azərbaycan əraziləridir. Öz ərazilərimizi niyə dəyişirik ki…Bunun məntiqini qəbul edə bilmirəm. Hər iki ərazi bizimdir.

-Qarabağdakı rus sülhməramlılar öz fəaliyyətləri barədə kimə hesabat verirlər? Onların fəaliyyətinə hansı dövlət nəzarət edir?

-Bu məsələ hər zaman bizi narahat edir. Onların fəaliyyəti şəffaf olmalıdır və Azərbaycan ictimaiyyəti bilməlidir ki, Qarabağdakı ruslar nə işlə məşğuldurlar. Rus sülhməramlılar Qarabağdakı erməniləri Azərbaycanla sülhə hazırlamalı idilər. Onlar tərksilah edilməli, revanşistlər zərərsizləşdirilməli, dialoq mühiti yaradılmalı idi. Biz bu istiqamətdə real addımların atıldığını görmürük.

DAHA ÇOX OXU

Dünya

Şagirdləri daşıyan avtobus aşdı – ÖLƏNLƏR VAR

29/09/2023 18:41
Dünya

Avtomobildən düşən cütlüyü YÜK MAŞINI VURDU – DƏHŞƏT

29/09/2023 18:26
Cəmiyyət

SON DƏQİQƏ: DTX daha bir erməni generalı HƏBS ETDİ – FOTO/ VİDEO

29/09/2023 18:08
Cəmiyyət

İcra başçısının qardaşı yüksək vəzifəyə təyin olundu

29/09/2023 17:50
Cəmiyyət

BMT missiyası Qarabağa səfər edəcək – YAXIN GÜNLƏRDƏ..

29/09/2023 17:19
Cəmiyyət

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02

Xəbər lenti

Şagirdləri daşıyan avtobus aşdı – ÖLƏNLƏR VAR

29/09/2023 18:41

Avtomobildən düşən cütlüyü YÜK MAŞINI VURDU – DƏHŞƏT

29/09/2023 18:26

SON DƏQİQƏ: DTX daha bir erməni generalı HƏBS ETDİ – FOTO/ VİDEO

29/09/2023 18:08

İcra başçısının qardaşı yüksək vəzifəyə təyin olundu

29/09/2023 17:50

Gülnarə Xəlilovanın kolleksiyaları Özbəkistan və Qazaxıstanda

29/09/2023 17:37

BMT missiyası Qarabağa səfər edəcək – YAXIN GÜNLƏRDƏ..

29/09/2023 17:19

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55

Oktyabrda hava necə olacaq?

29/09/2023 15:37

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

29/09/2023 15:02

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət etdi

29/09/2023 14:50

Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar

29/09/2023 14:41

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24

İlon Mask Bakıya gəlməkdən imtina etdi

29/09/2023 14:14

Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?

29/09/2023 14:04

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29/09/2023 14:02

İlham Əliyev: “Bərpa işlərinə 7 milyard dollar sərf edilib”

29/09/2023 13:57

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

29/09/2023 13:56

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

29/09/2023 13:53

Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

29/09/2023 13:51

Namiq Qaraçuxurlu həbs edilib? – FOTO

29/09/2023 13:48

Aynurdan vəfat edən atası və bacısı ilə bağlı paylaşım

29/09/2023 13:46

“İnstagram” hesabı ələ keçirilən məşhur fenomen xəstəxanalıq oldu – VİDEO

29/09/2023 13:40

Yaşar Gülər Ermənistana XƏBƏRDARLIQ ETDİ

29/09/2023 13:30

Gülnarə Kərimova ilə bağlı yeni ŞOK MƏLUMATLAR – Bu cinayət təşkilatını idarə edirmiş

29/09/2023 13:27

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.