Türkiyə və İsrail 1951-ci ildən bəri ilk dəfə aviasiya müqaviləsi imzalayacaq. Mövzu ilə bağlı İsrailin verdiyi açıqlamada “İsrail Hava Yollarına aid təyyarələrin razılaşma çərçivəsində Türkiyənin bəzi nöqtələrinə uçacağı” ifadə edilib.
Medianews.az xəbər verir ki, Türkiyə ilə imzalanacaq müqavilə ilə bağlı İsraildən açıqlama gəlib. İsrail Nəqliyyat Nazirliyindən verilən açıqlamada, razılaşmanın 1951-ci ildən bəri ilk dəfə olacağı vurğulanıb.
“Müqavilə çərçivəsində İsrail Hava Yollarına məxsus təyyarələr Türkiyənin bəzi məntəqələrinə uçuşlar həyata keçirəcək”, – deyə məlumatda bildirilib.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Razılaşmanın Türkiyə şirkətlərinin İsrailə, eləcə də İsrail şirkətlərinin Türkiyənin müxtəlif istiqamətlərinə uçuşlarının bərpası ilə nəticələnəcəyi gözlənilir”.
Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən ay verdiyi açıqlamada iki ölkənin qarşılıqlı diplomatik nümayəndəliklərini səfir səviyyəsinə yüksəltmək üçün işə başladığını bildirib.
Leyla, Medianews.az