“Çelsi”nin futbolçusu Hakim Ziyeş karyerasını İtaliyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı mərakeşli yarımmüdafiəçi “Milan”a keçəcək. Artıq tərəflər arasında razılıq əldə olunub. Bu barədə jurnalist Fabrizio Romano “tvitter” hesabında məlumat yayıb.
Qeyd edək ki, Ziyeş 2020-ci ildən “zadəganlar”da çıxış edir.