Cümə axşamı, 18 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər, ölüm anında ağlaya-ağlaya etiraf etdi – Habil Əliyevdən 10 qeyri-adi fakt

Zarif
05/07/2022 09:31
97
BAXIŞ
FacebookTwitterTelegram

Milli.Az Kulis.az-a istinadən böyük kamança ustası, Xalq artisti Habil Əliyev haqqında 10 maraqlı faktı təqdim edir.

1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar.

3. Qardaşı Qabillə tar kursuna gedirlər, Qabil tarda istedadsız olur, heç nə çala bilmir, notu hiss eləmir. Habil isə hər şeyi dəqiqliklə öyrənir. Bir gün atası onları yoxlayır. Qardaşı tarı sinəsinə basıb səhv, ağlına gələni çalır, amma uzun-uzadı çalır, Habil isə öyrəndiyi bir-iki notu ifa edir. Bunu görən atası Habilin boynunun ardından bir şapalaq vurub deyir: “Səndən bir şey çıxmaz, gör qardaşın necə gözəl çalır?!”

4. Günlərin birində Habil Əliyev Qəbələnin Qəmərban kəndinə toya gedir. Toyda gələcək həyat yoldaşı Şərqiyyə xanımla tanış olur. Şərqiyyə xanım o vaxtı 9-cu sinifdə oxuyurmuş. Onlar 1954-cü ilin avqust ayında ailə qururlar. Çoxları Habili məktəb şagirdi ilə ailə qurduğu üçün hədələyir. Bu evlilikdən onların dörd övladı olur.

5. Bir gün Habilə deyirlər, get kaman ustası Nefton Qriqoryanın yanına, o, sənə kamançada axtardığın səsi tapmaqda kömək edəcək. Nefton Qriqoryan Habili başa düşür, ancaq ona kömək etmir. Habil hərləyib-fırlayıb bir gün onu içirdir. Nefton deyir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsan, sən deyən səsi verər. Ancaq o dövrdə xrustal qab tapmaq müşkül məsələ idi. Xəbər Əlibaba Məmmədova çatır. O, evə gəlib həyat yoldaşının cehizlik qabını qəsdən salıb sındırır, sonra isə şüşə qırıqlarını yığıb Habilə verir. Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habil kamançanın futlyarını çıxarıb kəmanəni necə çəkirsə, Əlibaba Məmmədov dəhşətə gəlir.

6. İranda qastrol səfərində olanda konsert vaxtı Habil kamançanı necə ifa edirsə, İran muğamının Tanrısı hesab olunan Şajaryan Habil Əliyevin qarşısında ikiqat olub təzim edir.

7. Çox qısqanc kişi olub. Ölən gününə qədər həyat yoldaşını hamıya qısqanıb. Hətta ömrünün son günlərində, ən ağır vaxtlarında belə bu xasiyyətinə görə evinə Babək Niftəliyev və Ehtiram Hüseynovdan başqa heç bir musiqiçi gəlməyib.

8. Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında “Zabul segah”ı verirlər. Habil Əliyev öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: “Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq”.

9. Ermənilər Habilin kamançada tapdığı səsi itirdirlər. O, müsahibələrinin birində bu haqda deyir: “Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdu. Soruşanda dedilər, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə (Əhsən Dadaşov – red.) Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim. O, mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 km-lik yol gedirdik. SSRİ zamanı idi. Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım”.

10. Habil Əliyevə qədər Bakıda ən məşhur müğənniləri erməni kamança ifaçıları müşayiət edirdi. O, gələndən sonra vəziyyət dəyişdi. Habil kamançanı ermənilərin əlindən aldı! Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin kamança alətini özününküləşdirmək təşəbbüsü daha geniş vüsət aldı. Bu hadisələri həssaslıqla izləyən Habil Əliyev çox müdrik bir söz söyləmişdi: “Məndən yaxşı çalsınlar, kamança olsun onların!” Bu isə mümkün deyildi! Habillə düşmənçiliklərinin kökündə də elə bu fakt dayanırdı.

DAHA ÇOX OXU

Corc Qafarov: “Məndən əl çəkin!”
Magazin

Corc Qafarov: “Məndən əl çəkin!”

18/08/2022 15:12
Elnarə makiyajsız fotosu ilə gündəmə gəldi – FOTO
export

Elnarə makiyajsız fotosu ilə gündəmə gəldi – FOTO

18/08/2022 14:23
Mina ilk dəfə həyat yoldaşı ilə fotolarını PAYLAŞDI
export

Mina ilk dəfə həyat yoldaşı ilə fotolarını PAYLAŞDI

18/08/2022 01:56
Xərçəngə tutulan Zeynəb Həsəni: “Sapsağlam geri qayıdacağam” – VİDEO
export

Xərçəngə tutulan Zeynəb Həsəni: “Sapsağlam geri qayıdacağam” – VİDEO

17/08/2022 15:29
Xoşqədəm Hidayətqızı: “Arvad hesabına yaşayan kişilərə ayıb olsun” – VİDEO
export

Xoşqədəm Hidayətqızı: “Arvad hesabına yaşayan kişilərə ayıb olsun” – VİDEO

17/08/2022 15:26
Ancelina Coli FTB-ni məhkəməyə verdi
Magazin

Ancelina Coli FTB-ni məhkəməyə verdi

17/08/2022 15:06
SON XƏBƏR
“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən…”

Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən...”

Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı - Video

Xəbər lenti

“Real Madrid” futbolçusunu icarəyə verib

“Real Madrid” futbolçusunu icarəyə verib

18/08/2022 17:42

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

18/08/2022 17:24

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

18/08/2022 17:23

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

18/08/2022 17:11

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 17:01

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

18/08/2022 16:52

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

18/08/2022 16:34

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

18/08/2022 16:33

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

18/08/2022 16:33

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 16:30

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

18/08/2022 16:18

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

18/08/2022 16:06

Təhsil işçilərinin maaşına əlavələr edildi

Təhsil işçilərinin maaşına əlavələr edildi

18/08/2022 16:00

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

18/08/2022 15:47

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

18/08/2022 15:29

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

18/08/2022 15:28

100 yaşlı qadın 100-cü nəvəsini qucağına aldı

100 yaşlı qadın 100-cü nəvəsini qucağına aldı

18/08/2022 15:23

Corc Qafarov: “Məndən əl çəkin!”

Corc Qafarov: “Məndən əl çəkin!”

18/08/2022 15:12

Bakıda anbar yanır

Bakıda anbar yanır

18/08/2022 14:54

FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ

FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ

18/08/2022 14:29

“Beşiktaş”dan gözlənilən transfer – İstanbula gəlir (FOTO)

“Beşiktaş”dan gözlənilən transfer – İstanbula gəlir (FOTO)

18/08/2022 14:27

Elnarə makiyajsız fotosu ilə gündəmə gəldi – FOTO

Elnarə makiyajsız fotosu ilə gündəmə gəldi – FOTO

18/08/2022 14:23

Dieqo Simeonenin oğlu “Napoli”yə keçib – FOTO

Dieqo Simeonenin oğlu “Napoli”yə keçib – FOTO

18/08/2022 14:13

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb

18/08/2022 14:02

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.