Antalyada küçənin ortasında baş verən hadisə izləyənləri heyrətə salıb.
Medianews.az xəbər verir ki, Muratpaşa səmtində küçənin ortasında iki qadının etdiyi dava mobil telefon kamerası tərəfindən saniyə-saniyə görüntülənib.
Görüntülərdə qadınların şiddətlə döyüşdüyü görünür. Digər tərəfdən ətrafdakı bəzi sürücülərin və piyadaların laqeydliyi də diqqət çəkib. İki qadının bir-birinə sərt zərbələrlə hücum etdiyi davadan görüntülər yaşanan şiddətin böyüklüyünü ortaya qoyub. Kameraya əks olunan görüntülərə görə, qadınlardan biri digərini yerə yıxıb, dəfələrlə başına vuraraq, təpikləyib.
Dava baş verən məntəqədən keçən nəqliyyat vasitələrinin sürücüləri heç nə olmamış kimi yollarına davam ediblər.