Türkiyədə Doqo Argentino cins iti ata hücum edib.
Medianews.az xəbər verir ki, maşına bağlanan at yerə yıxılaraq qan içində olarkən, hadisəni törədən it sahibi tərəfindən çətinliklə ərazidən uzaqlaşdırılıb.
Dəhşətli anlar kameraya düşüb. Digər tərəfdən, itin hücumu zamanı atı yaralanınca işsiz qalan Adem Kılıç üçün itin sahibi Serhat A. tərəfindən yeni at alınıb. A.Kılıç itin hücum etdiyi ata “öz gözüm kimi baxacağam”, -deyə bildirib. O, həmin atın 15 il ailəsinə fayda verdiyini də qeyd edib.
Qeyd edək ki, Doqo Argentino, ilk dəfə Argentinada ovçuluq məqsədi ilə yetişdirilən, əsasən donuz ovçusu olan bir it cinsidir. Doqo Argentino Kayman Adaları, Danimarka, Norveç, Fici, İslandiya, Avstraliya, Yeni Zelandiya, Sinqapur,[ Türkiyə və Ukraynada qadağan edilib.
Medianews.az