Dünən axşam saatlarında Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib.
Şübhəli şəxs 5 nəfərin olduğu avtomobilə tapança ilə atəş açıb. Avtomobildə olan 26 yaşlı qadın başından güllə yarası alıb. Hadisə anı təhlükəsizlik kamerasına əks olunub. Avtomobilin sürücüsü sürəti azaltmadan yoluna davam etməsinə baxmayaraq silahlı şəxs onların arxasınca qaçmağa başlayıb.
Sürücü və dostları gənc qadının güllə yarası aldığını təxminən bir kilometrdən sonra anlayıblar. Avtomobildə olan şəxslər 26 yaşlı qızın vəziyyətini anladıqdan sonra təşviş içində qışqıraraq kömək istəyiblər. Yaralı qadın ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda gənc qızın həyati təhlükəsinin olmadığı açıqlanıb.
Medianews.az