Rusiya Ukraynanı işğal etməyə başlayandan bəri Putinin xəstəliyi ilə bağlı bir çox şayiələr gündəmdə olsa da, Ukrayna prezidenti Vladimir Zelenskidən flaş açıqlamalar gəldi.
Medianews.az xəbər verir ki, Zelenski rusiyalı həmkarı Vladimir Putinin Ukrayna üçün təhlükə yaradan daha pis “xəstəlik”dən əziyyət çəkə biləcəyini deyib.
Qeyd edək ki, uzun müddətdir Vladimir Putinin sağlamlıq durumu ilə bağlı çoxsaylı iddialar irəli sürülür. Rusiya Ukraynanı işğal etməyə başlayandan bəri Putinin leykemiya (qan xərçəngi) və Parkinson xəstəliyi də daxil olmaqla ciddi xəstəliklərdən əziyyət çəkdiyi barədə çoxsaylı şayiələr yayılır.
Məsələn, Ukrayna kəşfiyyatının rəisi, general-mayor Kirilo Budanov ən diqqətçəkən şayiələrdən birini səsləndirmişdi. Budanov qeyd edib ki, Kremldəki mənbələr ona deyiblər ki, Putin yaxın iki il ərzində öləcək.
Bu iddiaların ardından Putinin səhhətinin vəziyyəti hər kəs üçün maraqlı olub və bununla bağlı Ukrayna prezidenti Vladimir Zelenskidən təəccüblü açıqlamalar gəlib.
“International Business Times” yazır ki, Putinin səhhəti ilə bağlı şayiələrlə maraqlanmadığını deyən Zelenski rusiyalı həmkarının Ukrayna üçün təhlükə yaradan daha pis xəstəlikdən əziyyət çəkə biləcəyini deyib.
Zelenski Telegram kanalında yayımlanan müsahibəsində “Vladimir Putinə nə olduğunu bilmirəm. Düşünürəm ki, onun ciddi xəstəliyi var və bu, dediyiniz xəstəlikdən də ciddidir. Mən işğal xəstəliyini nəzərdə tuturam”, – deyə Ukrayna prezidenti bildirib.
Rusiya prezidentinin ətrafında çox sayda insanın xəstə olduğunu deyən Ukrayna prezidenti son dərəcə yüksək ambisiyalar, beynəlxalq hüquq, insan həyatı kimi elementləri sadalayıb və bütün bunların onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini qeyd edib.
Medianews.az