Deputatların parlamentin iclaslarına körpələri ilə gəlməsi ilə bağlı müzakirələr böyüyür.
Medianews.az xəbər verir ki, Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Stella Kresiyə edilən son xəbərdarlıq məsələnin böyüməsinə səbəb olub.
Millət vəkilləri arasında parlamentdə bu məsələyə dəstək verənlər də var, verməyənlər də…
Böyük Britaniyada parlament rəsmiləri qadın deputatların öz körpələrini parlament iclaslarına gətirə bilib-bilməməsi məsələsini müzakirə edirlər. Çəkişmələrin mərkəzində olan deputat Stella Kresi deyir ki, “geri qalmış qaydalar” parlamenti aşağı çəkir.
Britaniyalı deputat Stella Kresi ötən ilin noyabrında oğlu ilə parlamentin iclasında iştirak edib. Ötən gün bu məsələ ilə bağlı xəbərdarlıq alan deputat qalmaqala səbəb oldu. Bəzi millət vəkilləri bildirirlər ki, qaydaların dəyişdirilməsi və körpələrin sessiyalara gəlməsinin qarşısının alınması məsələsi yenidən müzakirə olunmalıdır.
Stella Kresi qadağanın yeni övlad sahibi olan anaların siyasət və valideynlik işlərini əlaqələndirmək səylərinə zərər verəcəyini söyləyib.
Bəzi deputatlar isə körpələrin parlametin iclaslarına mane olduqlarını və bu prosesin hökumətin ciddi qərarlar almasına əngəl yaradacağını bildirib.
Medianews.az