Oktay Kaynarcanın həm prodüserlik etdiyi, həm də baş rolda oynadığı “Ben Bu Cihana Sığmazam” serialının çəkiliş meydançasından görüntülər yayılıb.
Medianews.az xəbər verir ki, hər kəsin maraqla gözlədiyi serial yeni mövsümdə ATV ekranlarında yayımlanacaq.
Dizaynı və ümumi hekayəsi Oktay Kaynarca və Onur Tan tərəfindən yaradılan serialın prodüseri isə “Güzel Adamlar Mediadır. Onur Tanın rejissor kürsüsündə əyləşdiyi serialın ssenarisini Yusuf Reha Alp, Mahinur Ergün və Ali Can Yaraş yazır. Komanda İstanbulda çəkilişlərdən sonra Səmərqənd və Buxaraya gedərək hekayənin xaricdə qurulan hissələrini çəkəcək.
Qeyd edək ki, serialda bir çox məşhur aktyor və aktrisalar rol alıb.
Sözügedən serialın çəkilişindən ilk görüntüləri təqdim edirik:
Medianews.az