Göygöldə avtomobil qəzası zamanı xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib.
“Report”un Qərb bürosunun məlumatına görə, bununla da ölənlərin sayı 6 nəfərə çatıb.
***
Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.
“Report”un Qərb bürosunun məlumatına görə, xəsarət alanlardan daha biri dünyasını dəyişib.
Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.
***
Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük avtomobili ilə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü – ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.