Honq-Konqda “Chaba” fırtınası səbəbindən 30 sərnişin və 20-dən çox heyət üzvü olan gəmi ikiyə bölünüb.
Medianews.az xəbər verir ki, Honq Konq Hökumətinin Uçuş Xidməti tərəfindən edilən paylaşımda əsasən su altında qalan gəmidə axtarış-xilasetmə işlərinin davam etdiyi görülüb.
Səlahiyyətlilər indiyədək 3 ekipaj üzvünün xilas edildiyini, itkin düşənlərin axtarışlarının davam etdiyini bildirib. Pis hava şəraitinin işlərə mənfi təsir göstərdiyini bildirən səlahiyyətlilər, ekipaj üzvlərindən bəzilərinin öz imkanları ilə gəmini tərk etdiyini də bildiriblər.
Qeyd edək ki, Honq-Konqda “Chaba fırtınasının yaratdığı güclü yağış və külək səbəbindən ictimai nəqliyyat da məhdudlaşdırılıb və bir çox müəssisə bağlanıb. Meteoroloqlar qasırğanın Çinin Quanqdonq əyalətindəki Zhanjiang yaxınlığında quruya çatacağını gözləyirlər.
Medianews.az