“Türkiyəyə F-16 satmaq lazımdır. Əks halda bu bizim maraqlarımıza ziddir. Düşünürəm ki, bu mövzuda Konqresdən icazə ala bilərik”.
Medianews.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.
ABŞ prezidentinin bu çıxışı hər kəsi şoka salıb. Xüsusilə ABŞ senatorlarını çaşqın vəziyyətə salan Bayden konresdən icazə almağln vacibliyini vurğulayıb. Lakin senatorlar belə bir satışın əleyhinə olduqlarını və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində buna etirazlarını bildirəcəklərini deyiblər.
Qus Bilirakis
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Qus Bilirakis və Nikol Malliotakis Baydenin sözlərinə yazılı açıqlama ilə cavab veriblər: “Keçən ay Vaşinqtona gələn Yunanıstanın baş naziri Mitsotakisin Türkiyənin hücumlarından birbaşa narahat olduğunu deməsindən sonra prezident Baydenin Türkiyəyə F-16 döyüş təyyarələri və modernləşdirmə dəstlərinin satışını dəstəklədiyini eşitmək bizim üçün gözlənilməz oldu”.
Nikol Malliotakis
Yazılı açıqlamada senatorlar belə bir satışın əleyhinə olduqlarını və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində buna etirazlarını bildirəcəklərini də bildiriblər.
Qeyd edək ki, senator Qus Bilirakis daha əvvəl də F-16 və F-35 döyüş təyyarələrinin Türkiyəyə çatdırılmasının qarşısını almaq üçün lobbiçilik işlərində iştirak etmişdi.
Medianews.az